Ankara terror aktı Ərdoğan və Əliyevin görüşünün qarşısını almaq üçün törədilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i208345-ankara_terror_aktı_Ərdoğan_və_Əliyevin_görüşünün_qarşısını_almaq_üçün_törədilib
Modern.az xəbər portalı yazıb: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri ərəfəsində Ankarada dəhşətli terror aktı baş verdi. Elə buna görə Azərbaycan və Türkiyə arasında Strateji Əməkdaşlıq Şurasının 5-ci iclası təxirə salındı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 19, 2016 09:31 Asia/Baku
  • Ankara terror aktı Ərdoğan və Əliyevin görüşünün qarşısını almaq üçün törədilib
    Ankara terror aktı Ərdoğan və Əliyevin görüşünün qarşısını almaq üçün törədilib

Modern.az xəbər portalı yazıb: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri ərəfəsində Ankarada dəhşətli terror aktı baş verdi. Elə buna görə Azərbaycan və Türkiyə arasında Strateji Əməkdaşlıq Şurasının 5-ci iclası təxirə salındı.

Azərbaycan Respublikasında siyasi ekspert Qabil Hüseynli bu barədə deyib: Çox ehtimalla, bu terror aktı Türkiyə prezidentinin Azərbaycana səfərinin qarşısını almaq istiqamətində törədilib. Çünki Ərdoğanla Əliyev arasındakı görüşdə çox önəmli məsələlər müzakirə olunacaqdı. Ankaranı təhdid edən böyük qüdrətlər Türkiyə daxilində terror aktlarının sayını tədricən artırmaq niyyətindədirlər.