Bakı-Tiflis-Qars dəmiryolu xəttiniə baxış keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i208396-bakı_tiflis_qars_dəmiryolu_xəttiniə_baxış_keçirilib
Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri Bakı-Tiflis-Qars dəmiryoluna baxış keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 19, 2016 16:14 Asia/Baku
  • Bakı-Tiflis-Qars dəmiryolu xəttiniə baxış keçirilib
    Bakı-Tiflis-Qars dəmiryolu xəttiniə baxış keçirilib

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri Bakı-Tiflis-Qars dəmiryoluna baxış keçiriblər.

Trend bildirir ki, Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirləri Elmar Məmmədyarov, Mixail Canlidze və Mövlud Çavuşoğlu bu gün Gürcüstanın Kartsaxi məntəqəsində Bakı-Tiflis-Qars dəmiryolu xəttinə baxış keçiriblər.

E.Məmmədyarov bunun ardınca Bakı, Tiflis və Ankara arasındakı üçtərəfli əməkdaşlıqların əsasını şərh edərək, deyib: bu 3 ölkə yol və nəqliyyat sahəsində əməkdaşlıqların genişləndirilməsi üçün yaxşı potensiallara malikdirlər.

E.Məmmədyarov həmçinin, Azərbaycanın Avropa ölkələrinin enerji daşıyıcılarına olan tələbatının təmin edilməsinə hazır olduğunu bildirib və deyib: Azərbaycan Trans Anadolu(TANAP) layihəsi, Bakı-Tiflis-Qars dəmiryolu və Bakının beynəlxalt ticarət limanı vasitəsi ilə Avrasiyanın ən tanınmış ölkələrindən birinə çevrilib.

"Dəmir İpək Yolu" adı ilə də tanınan Bakı-Tiflis-Qars dəmiryolu istifadəyə verildikdən sonra Bakı şəhəri Gürcüstan vasitəsi ilə Türkiyənin şərqində yerləşən Qars şəhərinə birləşmiş olacaq. Bu da Azərbaycan və Türkiyə arasında dəmiryolu əlaqəsinin qurulmasına imkan verəcək.