Gəncə "İmamzadə"sində ilk cümə namazı
Fev 19, 2016 16:15 Asia/Baku
-
Gəncə "İmamzadə"sində ilk cümə namazı
Bu gün Azərbaycanın Gəncə şəhərində, yenidənqurma və əsaslı təmir işlərinin ardınca istifadəyə verilən "İmamzadə" kompleksində ilk cümə namazı qılınıb.
Trend bildirir ki, yenidənqurma və əsaslı təmir işlərinin ardınca istifadəyə verilən Seyid İbrahim imamzadəsində bu gün(19 fevral) ilk cümə namazı qılnıb.
Bu məlumata görə, bu mərasimdə müxtəlif məzhəblərin nümayəndələri iştirak ediblər.
Seyid İbrahim İmam Məhəmməd Bağırın(ə) övladlarındandır.
"İmamzadə" kompleksi 10 hektarlıq bir əraziyə malikdir və yenidənqurma işlərinin həyata keçirilməsi zamanı bu kompleksə 3 mərtəbəli yeni bir bina əlavə edilib. Binanın ümumi sahəsi 2000 kvadrat metrdir.
Bu dini məkan 14-cü əsrə aiddir və hər il çoxlu sayda zəvvar qəbul edir.