Azərbaycan Respublikasında Həzrət Zəhra(s.ə)-nın şəhadəti günlərinin matəm mərasimi keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i208834-azərbaycan_respublikasında_həzrət_zəhra(s.ə)_nın_şəhadəti_günlərinin_matəm_mərasimi_keçirilib
İki aləmin anası- Həzrət Zəhra(s.ə)-nın vurğunları bu böyük xanımın şəhadətinin ildönümü günündə əzadarlıq ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 23, 2016 08:01 Asia/Baku
  • Azərbaycan Respublikasında Həzrət Zəhra(s.ə)-nın şəhadəti günlərinin matəm mərasimi keçirilib
    Azərbaycan Respublikasında Həzrət Zəhra(s.ə)-nın şəhadəti günlərinin matəm mərasimi keçirilib

İki aləmin anası- Həzrət Zəhra(s.ə)-nın vurğunları bu böyük xanımın şəhadətinin ildönümü günündə əzadarlıq ediblər.

Bakıda yaşayan iranlıların "On dörd Məsum(ə)" hüseyniyyəsində Əhli-Beyt(ə) vurğunlarının əzəmətli iştirakı ilə məğrib və işa namazından sonra keçirilən bu mərasimdə şilələr və Həzrət Zəhra(s.ə)-nın vurğunları o böyük xanımın məzlumluğunun matəmində göz yaşları töküb və şiələrin birinci imamı və o xanımın övladlarınin nalələrinə səs veriblər.

Vəliyyi-Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsinin müavini höccətulislam vəlmuslimin Hacı Ağa Ərdəbili də bu mərasimdə Həzrət Zəhra(s.ə)-nın nurlu şəxsiyyətini vəsf edərək, Peyğəmbər(s.ə.s)-in Əhli-Beyti(ə)-nın başına gəlmiş müsibətlər barədə danışıb.