İran-Naxçıvan əlaqələri genişlənir
-
İran-Naxçıvan əlaqələri genişlənir
İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu ikitərəfli əlaqələrin genişlənməsini vurğulayıb.
İRNA-nın məlumatına görə, İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mənsur Ayrım Şərqi Azərbaycan vilayətinin iş adamları və müxtəlif istehsal sahələrinin iqtisadi fəalları ilə görüşdə deyib: Bu muxtar respublikaı ilə ticarət və iqtisadi əlaqələrin genişlənməsi üçün yüksək potensiallar vardır.
Mənsur Ayrım Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin Təbrizə, Şərqi Azərbaycan valisinin Naxçıvana səfərlərinə toxunaraq deyib: Bu görüşlərdə ikitərəfli əlaqələrin genişlənməsi barədə razılaşmalar oldu. Bu razılaşmalardan bəzisi icra olunub və Təbriz iş adamlarının Naxçıvana səfərləri və tanışlığı ilə ikitərəfli ticarət münasibətlərinin genişlənməsi gözlənilir.
İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu əlavə edib: İqtisadi və ticarət əməkdaşlıqlarının genişlənməsi ilə paralel olaraq gömrük və standartlaşdırma sahəsində də əməkdaşlığın genişlənməsi diqqət mərkəzində saxlanılır. Bu da İran və Naxçıvan Muxtar Respubliaksı arasında ikitərəfli əlaqələrin genişlənməsində əsaslı rola malik ola bilər.
Şərqi Azərbaycan vilayətinin iş adamları və istehsal, sənaye və ticarət sektorlarının iqtisadi fəallarından ibarət 25 nəfərlik ticarət heyəti Bakı səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikasında olub.