Rəsmi Bakı Xocalı soyqırımı amillərinin cəzalandırılmasını vurğulayır
-
Rəsmi Bakı Xocalı soyqırımı amillərinin cəzalandırılmasını vurğulayır
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Qarabağda Xocalı soyqırımını törədən Ermənistan hərbçilərinin cəzalandırılmasının vacibliyini vurğulayıb.
Hikmət Hacıyev Xocalı faciəsinin ildönümü günü ərəfəsində deyib: Ermənistan bu faciə qarşısında məsuliyyət daşıyır və bu cinayətə görə Azərbaycan xalqından üzr istəməlidir.
Azərbaycan XİN sözçüsü bu faciənin beynəlxalq ictimaiyyətdə tanıtdırılması üzrə bu ölkənin səylərini vurğulayıb və əlavə edib: Bu faciənin cəhətlərini dünyaya tanıtdırmaq üçün səylər davam edəcək.
Qeyd edək ki, Ermənistan hərbi birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Qarabağda yerləşən Xocalı şəhərinə hücumu nəticəsində 600-dən çox sivil sakin, o cümlədən uşaq, qadın və yaşlı insanlar ermənilər tərəfindən qətlə yetirilib.