İranlı iş adamları Bakıda; yeni bazarların sorağında
-
İranlı iş adamları Bakıda; yeni bazarların sorağında
İranın Şərqi Azərbaycan vilayətinin tanınmış sənaye sahibləri və iş adamlarından ibarət bir qrup Azərbaycan Respublikasında yeni bazarların tapılması məqsədilə Bakıyə səfər edib.
Təbrizin Ticarət Palatasının üzvü Əlirza Purağabalayinin başçılıq etdiyi ticarət, istehsal, sənaye, texniki və mühəndislik sahələrində iqtisadi fəallardan ibarət 24 nəfərlik heyət Azərbaycan Respublikasına səfər edib.
Bu heyət İran İslamn Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayinlə görüşdə müxtəlif sahələrdə ticarət əlaəqlərinin geniləndirilməsi yolları, həmçinin bu sahədəki mövcud problemlər barəsində öz fikirlərini bəyan ediblər.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri də bu grüşdə iki ölkənin dostluq əlaqələri və regional şəraitə toxunaraq Azərbaycan Respublikasını Şərqi Azərbaycanın iqtisadi fəallarının ticarət fəaliyyəti üçün münasib məkan adlandırıb və iş adamlarını uzunmüddətli investisiya və müştərək gəlir baxışı iliə Azərbaycan bazarına daxil olmağa çağırıb.
Möhsün Pakayin Azərbaycan Respublikasında fəal iranlı iş adamlarını hərtərəfli dəstəkləməyə hazır olduğunu bildirərək əlavə edib: Regional şərait İran, Azərbaycan Respublikası və Rusiyanın iqtisadiyyat sahələrində iş adamlarının üçtərəfli fəaliyyəti üçün imkan yaratmışdır.
Bu iqtisadi heyət bu gün Azərbayacn Respublikasının iqtisadiyyat nazirinin müavini, Sahibkarlar Konfederasiyasının rəsmiləri və üzvləri, sənaye sahibləri və iş adamları, Sənaye və Ticarət palatasının rəsmiləri və üzvləri ilə görüşərək danışıqlar aparacaq.