Azərbaycan Respublikasında Xocalı faciəsinin 24-cü ildönümü mərasimi keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i209158-azərbaycan_respublikasında_xocalı_faciəsinin_24_cü_ildönümü_mərasimi_keçirilib
Azərbaycan Respublikası xalqından minlərlə nəfər 1992-ci ildə Xocalı şəhərində mülkilərin qırğın edilmələrinin 24-cü ildönümündə Bakıda bu faciənin xatirə kompleksində olaraq, bu cinayət qurbanlarının ruhuna hörmət ifadə edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 26, 2016 14:32 Asia/Baku
  • Azərbaycan Respublikasında Xocalı faciəsinin 24-cü ildönümü mərasimi keçirilib
    Azərbaycan Respublikasında Xocalı faciəsinin 24-cü ildönümü mərasimi keçirilib

Azərbaycan Respublikası xalqından minlərlə nəfər 1992-ci ildə Xocalı şəhərində mülkilərin qırğın edilmələrinin 24-cü ildönümündə Bakıda bu faciənin xatirə kompleksində olaraq, bu cinayət qurbanlarının ruhuna hörmət ifadə edib.

Azərbaycan Respublikasının prezidenti və digər rəsmilərinin iştirakı ilə Bakının Xətayi rayonunda keçirilən bu anım mərasiminin iştirakçıları bu insan faciəsi qurbanlarının xatirəsini əziz tutublar.

Qeyd edək ki, Qarabağ müharibəsi zamanı 1992-ci il fevralın 26-da baş vermiş Xocalı faciəsində 613 nəfər, o sıradan 106 qadın, 63 uşaq və 70 qoca öldürüldü və minlərlə mülki şəxs də yaralandı.

Bu faciədə səkkiz ailənin üzvləri kütləvi şəkildə qətli-am edildi. Həmin cinayətdə 25 uşaq öz ata-anasını, 130 uşaq da valideynlərindən birini itirdi.

Xocalı faciəsi gecəsi 1275 nəfər girov götürülmüşdü ki, hələ də onlardan 150 nəfərinin taleyindən xəbər yoxdur. Bu hadisə Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi tarixində ən kədərli hadisələrdən biridir.