Şərqi Azərbaycanın Ticarət Palatası ilə Bakının Binə Ticarət Mərkəzi arasında anlaşma imzalanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i209254-Şərqi_azərbaycanın_ticarət_palatası_ilə_bakının_binə_ticarət_mərkəzi_arasında_anlaşma_imzalanıb
İranın Şərqi Azərbaycan vilayətinin Ticarət Palatası ilə Bakının Binə Ticarət Mərkəzi arasında əməkdaşlıq razlıaşması imzalanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 27, 2016 11:16 Asia/Baku
  • Şərqi Azərbaycanın Ticarət Palatası ilə Bakının Binə Ticarət Mərkəzi arasında anlaşma imzalanıb
    Şərqi Azərbaycanın Ticarət Palatası ilə Bakının Binə Ticarət Mərkəzi arasında anlaşma imzalanıb

İranın Şərqi Azərbaycan vilayətinin Ticarət Palatası ilə Bakının Binə Ticarət Mərkəzi arasında əməkdaşlıq razlıaşması imzalanıb.

Şərqi Azərbaycan vilayətinin iqtisadi fəallarından ibarət 25 nəfərlik heyətin Azərbaycan Respublikasına səfərinin davamında, iqtisadi fəallar Binə Ticarət Mərkəzi və bu mərkəzin iqtisadi potensialları ilə tanış olduqdan sonra, Təbrizin Ticarət Palatası, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı heyətinin üzvü Əlirza Ağabalayi və Binə Ticarət Mərkəzinin direktoru xanım Kəbirə Məmmədova tərəfindən əməkdaşlıq anlaşması imzalanıb.

Təbrizin Ticarət Palatası, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı heyətinin üzvü və bu iqtisadi heyətin rəhbəri Əlirza Ağabalayi bu barədə deyib: Bu anlaşmaya əsasən, Bakı şəhərində Binə Ticarət Mərkəzinin hər birinin 40 kvadratmetr ərazisi olan 450 mağazası ilk üç aylıq icarənin verilməməsi, vergilərin bağışlanması və 5 il müddətində vizanın verilməsi və gömrük sadələşdirilməsi kimi imtiyazlarla bu ticarət mərkəzində iş adamlarının aktivləşməsi üçün Təbrizin Ticarət Palatasına verilir və 5 il sona çatdıqdan sonra bu müddət iki tərəfin razılığı ilə uzadıla bilər.

Binə Ticarət Mərkəzinin direktoru xanım Kəbirə Məmmədova da İranın iqtisadi fəallarının fəaliyyətindən razılıq edərək deyib: Dost və qonşu ölkə olaraq İranın iqtisadi fəalları ilə əməkdaşlıq bu anlaşmanın imzalanmasının əsas məqsədlərindəndir və biz bu ticarət mərkəzində İranın iqtisadi fəalları üçün lazımi şəraiti yaratmaqda səhlənkarlıq etməyəcəyik.

Binə Ticarət Mərkəzi 100 hektar ərazidə 8 min mağazaya malikdir. Hal-hazırda Azərbaycan Respublikasının iş adamlarından əlavə, Rusiya, Özbəkistan, Gürcüstan və Dağıstanın da iqtisadi fəalları bu mərkəzdə fəaliyyət göstərirlər.