Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i209332-azərbaycan_və_İran_prezidentləri_arasında_telefon_danışığı_olub
Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhaniyə telefonla zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 28, 2016 07:09 Asia/Baku
  • Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub
    Azərbaycan və İran prezidentləri arasında telefon danışığı olub

Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhaniyə telefonla zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir.

Bu məlumata görə, telefon danışığı zamanı prezident İlham Əliyev İrana səfəri zamanı ona və rəhbərlik etdiyi nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Həsən Ruhaniyə təşəkkür edib və səfərin nəticələrindən çox məmnun olduğunu bildirib. Qeyd edilib ki, iki ölkə arasında əməkdaşlıq əlaqələrinin yeni səhifəsi açılıb.

Danışıq zamanı tərəflər, həmçinin ikitərəfli və regional əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

Prezident İlham Əliyev Həsən Ruhanini bir daha Azərbaycana səfərə dəvət edib.