Bakı milli pul vahidi dəyərinin azalmasının qarşısını almağa çalışır
https://azeri.sahartv.ir/news/azərbaycan-i209530-bakı_milli_pul_vahidi_dəyərinin_azalmasının_qarşısını_almağa_çalışır
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri milli pulun dəyərinin sabit saxlanılması üzrə səydən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 29, 2016 08:30 Asia/Baku
  • Bakı milli pul vahidi dəyərinin azalmasının qarşısını almağa çalışır
    Bakı milli pul vahidi dəyərinin azalmasının qarşısını almağa çalışır

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri milli pulun dəyərinin sabit saxlanılması üzrə səydən xəbər verib.

Fakt-Xəbər saytının məlumatına görə, Elman Rüstəmov deyib: Səy göstərilir ki, manatın dəyəri bundan artıq aşağı düşməsin.

Elman Rüstəmov rəsmi Bakının manatın dəyərini sabit saxlamaq üzrə bəzi addımlarına toxunaraq, əlavə edib: Neftin qiymətinin aşağı düşməsindən sonra Azərbaycan Respublikası iqtisadi böhrana düçar olub.

Qeyd edək ki, ötən bir il ərzində Azərbaycan Respublikası pulunun dəyəri xarici valyutalar qarşısında iki dəfə süqut edibdir.