Azərbaycan iki ayda 8 hərbçi itirib
https://azeri.sahartv.ir/news/azərbaycan-i209602-azərbaycan_iki_ayda_8_hərbçi_itirib
2016-cı ildə Azərbaycan Təhlükəsizlik və Müdafiə sektorunda 8 hərbi qulluqçu dünyasını dəyişib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute – CDSI) məlumat yayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2016 07:38 Asia/Baku
  • Azərbaycan iki ayda 8 hərbçi itirib
    Azərbaycan iki ayda 8 hərbçi itirib

2016-cı ildə Azərbaycan Təhlükəsizlik və Müdafiə sektorunda 8 hərbi qulluqçu dünyasını dəyişib. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute – CDSI) məlumat yayıb.

Qurum Azərbaycan Müdafiə Nazirliyinin və kütləvi informasiya vasitələri üzərində monitorinq həyata keçirib. Fevralın 29-na olan məlumata görə, dünyasını dəyişənlərin 4-ü döyüş, 4-ü isə qeyri döyüş itkisidir.

Silahlı Qüvvələrin 4 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa, bir hərbi qulluqçu avtomobil qəzası, bir əsgər xəstəlik nəticəsində, bir nəfərin isə bədbəxt hadisədən dünyasını dəyişdiyi bildirilir. Bir nəfər isə əsgər yoldaşının açdığı atəş nəticəsində dünyasını dəyişib.