Mərhum jurnalistin anası: Təqsirləndirilən şəxslər peşmançılıq çəkmir
https://azeri.sahartv.ir/news/azərbaycan-i209677-mərhum_jurnalistin_anası_təqsirləndirilən_şəxslər_peşmançılıq_çəkmir
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevi öldürməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2016 16:21 Asia/Baku
  • Jurnalist Rasim Əliyev
    Jurnalist Rasim Əliyev

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevi öldürməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, mərhum jurnalist Rasim Əliyevin məhkəmədə iştirak edən anası ilə təqsirləndirilən şəxslərin valideynləri arasında qalmaqal yaşanıb.

Mərhum jurnalist Rasim Əliyevin anası çıxışında təqsirləndirilən şəxslərə ən ağır cəza istəyib: "Təqsirləndirilən şəxslər peşmançılıq çəkmir ".

Zərərçəkmişin vəkili Fariz Namazlı isə bildirib ki, Rasim Əliyevin ölümündə həkim səhlənkarlığı olması hökmdə nəzərə alınsın.

Təqsirləndirilən şəxslər cəzanın yüngülləşdirilməlisini istəyiblər.