Tanınmış ruhanilərin həbs müddəti uzadıldı
"Müsəlman Birliyi Hərəkatı" təşkilatının sədri Tale Bağırov və İlahiyyatçı Zülfüqar Mikayılzadənin həbs müddəti artırılıb.
İslamazeri.az-ın verdiyi xəbərə görə, Nəsimi Rayon Məhkəməsində "Müsəlman Birliyi Hərəkatı"nın həbsdə olan sədri Tale Bağırovun həbs müddətini 4 ay uzadıb. Tale Bağırovun vəkili məlumat verib: "Tale Bağırovun həbsdə saxlama müddəti 26 iyun 2016 cı il tarixədək uzadıldı. Özünü təqsirli bilmir və qərardan apellyasiya şikayəti veriləcək."
Tale Bağırzadə ötən ilin noyabr ayında Nardaranda keçirilən əməliyyat zamanı həbs olunub.
Ötən il Nardaran hadisələrindən bir neçə gün sonra həbs olunan ilahiyyatçı Hacı Zülfüqar Mikayılzadənin də həbs müddəti 2 ay artırılıb. Hazırda o, Bakı İstintaq Təcridxanasında (Kürdəxanı) saxlanılır.
Qeyd edək ki, Zülfüqar Mikayılzadə 2010-cu ildə AİP üzvlərinin həbs olunması zamanı həbs olunmuş, 2011-ci ilin oktyabr ayında 5 il sınaq müddəti tətbiq olunmaqla 11 il şərti həbs cəzasına məhkum olunmuşdu. Şərti müddətinin bitməsinə bir ay qalmış, Nardaran olayları zamanı evində saxlanılaraq məhkəməyə aparılıb. Məhkəmə isə, onun haqqında 3 aylıq həbs qəti-imkan tədbiri seçmişdi.