İran İslam Respublikasının sərhəd qoşunları komandanı İran-Azərbaycan sərhəd əməkdaşlıqlarına təkid etdi
-
İran İslam Respublikasının sərhəd qoşunları komandanı İran-Azərbaycan sərhəd əməkdaşlıqlarına təkid etdi
İranın sərhəd qoşunları komandanı İran və Azərbaycan arasında sərhəd əməkdaşlıqlarının genişləndirilməsinə təkid edib
General Qasım Rzayi dünən günortadan sonra Bakıya daxil olduqdan sonra İRİB müxbirinə verdiyi müsahibədə iki qonşu ölkənin müştərək sərhədlərə həmçinin, dini və mədəni ortaqlıqlara malik olmasına işarə edib və deyib: Bu səfər, Azərbaycan prezidenti İlham Əliyevin İrana olan səfəri zamanı iki ölkə başçılarının əməkdaşlıqların genişləndirilməsinə olan təkidləri çərçivəsində baş tutur.
İran sərhəd qoşunları komandanı əlavə edib: Öncəki proqramlaşdırmalara əsasən hər il Tehran və Bakıda həmçinin, bəzi sərhəd şəhərlərində keçirilən illik iclaslar zamanı, sərhəd məsələləri habelə, iki ölkənin mənafeyi ilə bağlı görülən işlər araşdırılır. Və Bakıya olan bu səfər çərçivəsində də növbəti illik iclasın keçirilməsi ilə yanaşı, Azərbaycan, İran və Rusiya sərhəd qoşunları komandanlarının iştirakı ilə üçtərəfli bir iclas da keçiriləcək.
General Rzayi sonda deyib: Səfər zamanı Rusiya sərhəd qoşunları komandanı ilə də ikitərəfli bir görüş olacaq. Bu görüşdə regionda terrorizm ilə mübarizə məsələsi əsas müzakirə mövzularından olacaq.