İran və Azərbaycan rəsmiləri səhiyyə əməkdaşlıqlarının gücləndirilməsini vurğulayıblar
https://azeri.sahartv.ir/news/azərbaycan-i210676-İran_və_azərbaycan_rəsmiləri_səhiyyə_əməkdaşlıqlarının_gücləndirilməsini_vurğulayıblar
İran və Azərbaycan Respublikası səhiyyə nazirləri müavinlərinin görüşündə iki ölkənin səhiyyə və müalicə sahəsində əməkdaşlıqlarının gücləndirilməsi vurğulanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 10, 2016 10:32 Asia/Baku
  • İran və Azərbaycan rəsmiləri səhiyyə əməkdaşlıqlarının gücləndirilməsini vurğulayıblar
    İran və Azərbaycan rəsmiləri səhiyyə əməkdaşlıqlarının gücləndirilməsini vurğulayıblar

İran və Azərbaycan Respublikası səhiyyə nazirləri müavinlərinin görüşündə iki ölkənin səhiyyə və müalicə sahəsində əməkdaşlıqlarının gücləndirilməsi vurğulanıb.

İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini və Ərzaq və Dərman Təşkilatının sədri doktor Rəsul Dinarvənd Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayevlə Bakıda baş tutan görüşdə iki ölkənin səhiyyə və müalicə sahəsində əməkdaşlıqlarının gücləndirilməsini vurğulayıb və deyib: Bu səfər Azərbaycan prezidentinin İrana səfəri və iki ölkə arasında səhiyyə əməkdaşlıqları sənədinin imzalanması ardınca baş tutur və iki ölkə səhiyyə nazirlərinin Tehran və Bakıya səfəri üçün lazımi şərait yaranmışdır.

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayev də bu görüşdə Azərbaycanda dərman istehsalı layihəsinin icrası üçün İranla səhiyyə və müalicə sektorunda əməkdaşlığın gücləndirilməsini rəsmi Bakının proqramlarından adlandırıb və Azərbaycanın İranla səhiyyə əməkdaşlıqlarını genişləndirməyə hazır olduğunu bildirib.