Bakıda İran, Rusiya və Azərbaycan R. sərhəd qoşunları komandanlarının üçtərəfli iclası keçirilib
-
Bakıda İran, Rusiya və Azərbaycan R. sərhəd qoşunları komandanlarının üçtərəfli iclası keçirilib
Bakıda İran, Rusiya və Azərbaycan R. sərhəd qoşunları komandanlarının üçtərəfli iclası keçirilib. Bu iclasda qeyd olunan ölkələrin sərhəd qoşunları komandanları Xəzər dənizinin təhlükəsizliyi, terrorizm, narkomaddələr qaçaqmalçılığı, insan alveri və mütəşəkkil cinayətlərlə mübarizə barədə fikir mübadiləsi aparıb və bir memorandum imzlayaraq, qeyd olunan məsələlərdə üçtərəfli həmkarlıqların genişləndirilməsini vurğulayıblar.
Üçtərəfli iclasda habelə təklif olunubdur ki, Qazaxıstan və Türkmənistanın qatılmaları ilə bu iclas bundan sonra beştərəfli şəkildə keçirilsin.
İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general Rezayi bu iclas haqda deyib: Üç ökənin prezidentlərinin qərarlarına əsasən, bu iclas keçirildi və sərhəd əlaqələri, xəbər və informasiyalar mübadiləsi, həmçinin dənizdə yardım və xilasetmə məsələlərində yaxşı nəticələr əldə etdik.
Üçtərəfli iclas onun günəş tarixi ilə 1385-ci ildə keçirilməsindən sonra təşkil olunan ikinci iclas idi və onun yaxşı nəticələrinə görə, qərara alındı ki, hər il keçirilsin.
Üçtərəfli iclasın kənarında İran və Rusiyanın sərhəd qoşunları komandanlarının iktərəfli iclası da keçrilib ki, bu iclasda da iki tərəf terrorizm və təkfirçilər, həmçinin narkomaddələr qaçaqmalçılığı ilə mübarizə barədə fikir mübadiləsi aparıb.
Rusiya Sərhəd Qoşunlarının komandanı Vladimir Kuluşev də üç və ikitərəfli iclasların nəticələri haqda razılıq edib və deyib ki, terrorizm, qanunsuz mühacirət və narkomaddələr qaçaqmalçılığı ilə mübarizə bu iclaslarda bəhs olunan mövzulardan olubdur ki, yaxşı nəticələr əldə etdik və biz bu iclası uğurlar əldə etmək üçün davam etdirməyə hazırıq.