Türkiyə ilə Azərbaycan arasında 6 sənəd imzalanıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i211255-türkiyə_ilə_azərbaycan_arasında_6_sənəd_imzalanıb
Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında 6 sənəd imzalanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 15, 2016 16:55 Asia/Baku
  • Türkiyə ilə Azərbaycan arasında 6 sənəd imzalanıb
    Türkiyə ilə Azərbaycan arasında 6 sənəd imzalanıb

Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında 6 sənəd imzalanıb.

İclasdan sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib: “Biz TANAP və TAP layihəsini vaxtlı-vaxtında icra etməyə çalışacağıq. İnanıram ki, 2 il sonra TANAP-ın açılışını qeyd edəcəyik”.

Əliyev qeyd edib: “Bu gün Türkiyə böyük sayda qaçqınları ölkəsində yerləşdirir, böyük vəsait xərcləyir. Azərbaycan bunun nə qədər ağır məsələ olduğunu bilir,”.

İ. Əliyevin sözlərinə görə, qaçqınlar Avropada təhqirlərlə üzləşirlər: “Bəs ümumbəşəri dəyərlər, insan haqları, demokratiya harada qaldı? Türkiyə və Azərbaycan o ölkələrdəndir ki, səslərini ucaldırlar”.