Ruhani Hacı Mirəziz Ağa Talıblı dəfn edildi
https://azeri.sahartv.ir/news/azərbaycan-i211339-ruhani_hacı_mirəziz_ağa_talıblı_dəfn_edildi
Azərbaycan respublikasının cənub bölgəsinin tanınmış ruhanilrindən Hacı Mirəziz Ağa Talıblı mart ayının 15-də vəfat edib. Mərhum mart ayının 16-da Cəlilabad rayonunda torpağa tapşırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 16, 2016 13:43 Asia/Baku
  • Ruhani Hacı Mirəziz Ağa Talıblı dəfn edildi
    Ruhani Hacı Mirəziz Ağa Talıblı dəfn edildi

Azərbaycan respublikasının cənub bölgəsinin tanınmış ruhanilrindən Hacı Mirəziz Ağa Talıblı mart ayının 15-də vəfat edib. Mərhum mart ayının 16-da Cəlilabad rayonunda torpağa tapşırılıb.

Dəfn mərasimində ölkənin müxtəlif yerlərindən din xadimləri, ruhanilər, mərhumun şagirdləri və ətraf rayonlardan, o cümlədən Masallı ,Lənkəran, Yardımlı, Biləsuvardan mərhumu sevənlər iştirak ediblər.

Hacı Mirəziz Ağa Seyid Qüdrət oğlu Talıblı 1942-ci ildə Yardımlı rayonunun Böyük Şıxlar kəndində anadan olmuşdur.

1967-ci ildə Masallı rayonunun Çaxırlı kəndinə üz tutmuş Hacı Mirəziz Ağa 1971-ci ilədək orada "Şəraye” və “Şərhi-lümə” kitablarını Şeyx Rəhmətdən dərs almışdır.

Hacı Mirəziz Ağa 1971-ci ildən İslamın təbliği ilə məşğul olmuşdur.

Allah rəhmət eləsin!