Azərbaycanda qədim Quran nüxsələri sərgisi keçirilir
https://azeri.sahartv.ir/news/azərbaycan-i211606-azərbaycanda_qədim_quran_nüxsələri_sərgisi_keçirilir
Azərbaycan Milli Kitabxanasında qədim Quran nüsxələrinin sərgisi keçirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 18, 2016 10:02 Asia/Baku
  • Azərbaycanda qədim Quran nüxsələri sərgisi keçirilir
    Azərbaycanda qədim Quran nüxsələri sərgisi keçirilir

Azərbaycan Milli Kitabxanasında qədim Quran nüsxələrinin sərgisi keçirilir.

Bu sərgidə Quran-Kərimin 320 qədim nüsxəsi nümayiş etdirilir.

Sərginin təşkilatçısı Nəhayət Hüseynova bu barədə deyib: Sərgidə Quran nüsxələri ilə yanaşı, İmamlardan nəql olunan rəvayətlər və İslam Dünyasının müqəddəs məkanlarının fotoşəkilləri də nümayiş etdirilir.

N.Hüseynova əlavə edib: Sərgidə nümayiş etdirilən bəzi nüsxələr, ölkənin müxtəlif məntəqələrində həyata keçirilən 8 illik araşdırmaların sonunda əldə edilibdir.

Sərgidə nümayiş etdirilən ən qədim Quran nüsxəsinin 800 yaşı var.

Sərgidə müxtəlif ölçüdə, kağız və dəri vərəqlər üzərində yazılmış Quran nüsxələri nümayiş etdirilir.

Sərgidə həmçinin, sabiq Sovet İttifaqı zamanı Naxçıvan və Bərdədə divarın içində və ya quyuda gizli şəkildə saxlanılan Quran nüsxələri də nümayiş etdirilir.

Bu sərginin əsas xüsusiyyətlərindən biri Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərindən köçürülmüş Quran nüsxələrinin də onda nümayiş etdirilməsidir.