Ankarada Azərbaycan səfirliyində təhlükəsizlik tədbirləri artırıldı
https://azeri.sahartv.ir/news/azərbaycan-i211609-ankarada_azərbaycan_səfirliyində_təhlükəsizlik_tədbirləri_artırıldı
13 mart tarixində Ankarada törədilən terror aktının ardınca Azərbaycan səfirliyinin təhlükəsizliyi gücləndirilb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 18, 2016 10:02 Asia/Baku
  • Ankarada Azərbaycan səfirliyində təhlükəsizlik tədbirləri artırıldı
    Ankarada Azərbaycan səfirliyində təhlükəsizlik tədbirləri artırıldı

13 mart tarixində Ankarada törədilən terror aktının ardınca Azərbaycan səfirliyinin təhlükəsizliyi gücləndirilb.

Modern.az saytının verdiyi məlumata görə, Azərbaycanın Türkiyədəki baş konsulu Şöhrət Musayev cümə günü deyib: Röyters xəbər agentliyinin verdiyi məlumata görə, Ankarada növbəti terror aktının törədilməsi ehtimal olunur. Buna görə də, Azərbaycan səfirliyi təhlükəsizlik tədbirlərini gücləndirib.

Ş.Musayev həmçinin, Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarına xitabən, onlardan əhalinin sıx olduğu məkanlardan, dövlət binalarından, ticarət mərkəzlərindən, səfirliklərdən və hədəfdə olan digər məntəqələrdən uzaq durmalarını istəyib.

Türkiyənin Daxili İşlər Nazirliyi ötən həftə, yeni terror aktının törədilməsi ehtimalı barədə xəbərdarlıq edərək, Novruz bayramı ərəfəsində terror aktlarının törədilməsi ehtimalını nəzərə alaraq, bütün təhlükəsizlik qüvvələrinin tam ayıq olmalarını istəyib.