Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi iki dəfə azalıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i211723-rusiyadan_azərbaycana_pul_köçürmələrinin_həcmi_iki_dəfə_azalıb
2015-ci ilin IV rübündə fiziki şəxslər tərəfindən pulköçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında transsərhəd pulköçürmələrin həcmi 181 milyon dollar təşkil edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 19, 2016 06:48 Asia/Baku
  • Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi iki dəfə azalıb
    Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi iki dəfə azalıb

2015-ci ilin IV rübündə fiziki şəxslər tərəfindən pulköçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında transsərhəd pulköçürmələrin həcmi 181 milyon dollar təşkil edib.

“APA” Rusiyanın Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2014-cü ilin IV rübü ilə müqayisədə 147 milyon ABŞ dolları və ya 1,81 dəfə azdır.

Ötən il Rusiyadan fiziki şəxslər tərəfindən pulköçürmə sistemləri vasitəsilə transsərhəd pulköçürmələrinin həcminə görə, MDB ölkələri arasında ilk yerdə Özbəkistan, sonuncu yerdə isə Türkmənistan qərarlaşıb. Azərbaycan siyahıda 7-ci yerdə dayanıb.