Taleh Bağırzadənin apellyasiya şikayəti təmin edilmədi
“Bu gün Bakı İstintaq Təcridxanasında Taleh Bağırovla görüşdüm. Hər kəsin Novruz bayramını təbrik etdi”.
Bu sözləri martın 18-də vəkil Elçin Sadıqov öz Facebook səhifəsində yazıb. Vəkilin sözlərinə görə, hələ də Taleh Bağırzadə üçün görüşlərə, telefon danışıqlarına şərait yaradılmır. Təcridxanada ona normal qanuni münasibət göstərilmir:
“Daha sonra Taleh Bağırov ilə şahid arasında üzləşdirmə istintaq hərəkəti keçirildi. Şahidin sərbəst ifadə verməsinə şərait yaradılmamasına etiraz olaraq, həmçinin şahidlərə təzyiq göstərildiyini əsas gətirərək, Taleh Bağırov üzləşməkdən imtina etdi. Həmçinin Bakı Apellyasiya Məhkəməsi Taleh Bağırov barəsində həbsdə saxlama müddətinin uzadılmasından verilən şikayəti təmin etmədi”.
Taleh Bağırzadə noyabrın 26-da Nardaranda həyata keçirilmiş xüsusi əməliyyat zamanı bir qrup tərəfdarı ilə birlikdə saxlanılıb. O, Bakı İstintaq Təcridxanasında saxlanılır.