Azərbaycan Respublikası prezidenti Novruz şənliyində iştirak edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i211750-azərbaycan_respublikası_prezidenti_novruz_şənliyində_iştirak_edib
Bakıda Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Respublikası prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva hər il olduğu kimi, bu il də Novruz şənliyində iştirak ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 19, 2016 10:42 Asia/Baku
  • Azərbaycan Respublikası prezidenti Novruz şənliyində iştirak edib
    Azərbaycan Respublikası prezidenti Novruz şənliyində iştirak edib

Bakıda Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Respublikası prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva hər il olduğu kimi, bu il də Novruz şənliyində iştirak ediblər.

Prezident Əliyev əvvəlcə Qız qalasının qarşısındakı meydana gəlib. İlham Əliyev Novruz tonqalını alovlandırıb.

Dövlət başçısı bayram şənliyində nitq söyləyib.

Qeyd edək ki, 2010-cu ildə BMT-nin qərarı ilə martın 20-si Beynəlxalq Novruz Günü elan olundu. Bu, böyük bir arealda yaşayan 200 milyondan çox insanın milli-mənəvi yaddaşına dünyanın ən mötəbər qurumu səviyyəsində verilən dəyərin təzahürü idi.