Hüquq müdafiəçisi İntiqam Əliyev azadlığa buraxıla bilər
https://azeri.sahartv.ir/news/azərbaycan-i212308-hüquq_müdafiəçisi_İntiqam_Əliyev_azadlığa_buraxıla_bilər
Baş prokuror İntiqam Əliyevə verilən cəzanı ağır hesab edib
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 24, 2016 08:53 Asia/Baku
  • Hüquq müdafiəçisi İntiqam Əliyev azadlığa buraxıla bilər
    Hüquq müdafiəçisi İntiqam Əliyev azadlığa buraxıla bilər

Baş prokuror İntiqam Əliyevə verilən cəzanı ağır hesab edib

İslamazeri.az bildirir ki, bu barədə vəkil Cavad Cavadov məlumat verib.

Vəkilin sözlərinə görə, Zakir Qaralov hüquq müdafiəçisi barəsində seçilən qərardan ağır olmasına dair əlavə kassasiya protesti verib.

C.Cavadov qeyd edib ki, martın 28-i saat 12-ə plenum təyin olunub: "İntiqam Əliyev həmin gün buraxıla bilər".

Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirləndirilib. İntiqam Əliyev Bakı Ağıt Cinayətlər Məhkəməsinin hökme ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

«Amnesty International» təşkilatı İntiqam Əliyevi vicdan məhbusu elan edib.