Qarabağda vəziyyət gərgindir
https://azeri.sahartv.ir/news/azərbaycan-i213169-qarabağda_vəziyyət_gərgindir
CBC telekanalı cəbhə xəttində erməni silahlı qüvvələrinin atəşkəs qaydalarını pozmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 31, 2016 15:05 Asia/Baku
  • Qarabağda vəziyyət gərgindir
    Qarabağda vəziyyət gərgindir

CBC telekanalı cəbhə xəttində erməni silahlı qüvvələrinin atəşkəs qaydalarını pozmasından xəbər verib.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin 1994-cü ildə imzalanmış atəşkəs qaydalarını gün ərzində 125 dəfə pozduğunu bildirərək, Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini iri çaplı pulemyotlardan atəşə tutduğunu bildirib.

ATƏT-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi isə təmas xəttində gərginliyin azaldılmasını Qarabağ münaqişəsinin həlli üçün vacib məqamlardan adlandırıb və deyib: Almaniya hal hazırda ATƏT-ə rəhbərlik edən ölkə kimi Minsk qrupunun fəaliyyətini gücləndirməyə çalışır.

Hunter Baxler Minsk qrupunun amerikalı, rusiyalı və fransalı həmsədrlərinin görüşünün təşkil edilməsini təklif edərək, deyib: Almaniya Qarabağ münaqişəsinin həlli prosesini sürətləndirmək məqsədi ilə Minsk qrupu həmsədrləri ilə görüşün təşkil edilməsini və təmas xəttində gərginliyin azaldılmasını istəyir.