Apr 01, 2016 07:57 Asia/Baku
  • Uorlik Nalbandyanla Qarabağ münaqişəsini müzakirə etdi
    Uorlik Nalbandyanla Qarabağ münaqişəsini müzakirə etdi

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Vaşinqtonda Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.

Azərbaycan Respublikası mediaları xəbər verirlər ki, bu barədə Uorlik Tvitter-də yazıb.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri görüşündən məmnun qaldığını bildirib.

O, qeyd edib ki, görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti addımları müzakirə ediblər.

Teqlər