Rusiya müdafiə naziri azərbaycanlı və erməni həmkarlarına təcili zəng etdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i213409-rusiya_müdafiə_naziri_azərbaycanlı_və_erməni_həmkarlarına_təcili_zəng_etdi
Rusiya müdafiə naziri Serqey Şoyqu Azərbaycan və Ermənistanın müdafiə nazirləri ilə Dağlıq Qarabağdakı gərginliklə əlaqədar fövqəladə telefon danışıqları həyata keçirib. FaktXeber.com-un məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 02, 2016 12:07 Asia/Baku
  • Rusiya müdafiə naziri azərbaycanlı və erməni həmkarlarına təcili zəng etdi
    Rusiya müdafiə naziri azərbaycanlı və erməni həmkarlarına təcili zəng etdi

Rusiya müdafiə naziri Serqey Şoyqu Azərbaycan və Ermənistanın müdafiə nazirləri ilə Dağlıq Qarabağdakı gərginliklə əlaqədar fövqəladə telefon danışıqları həyata keçirib. FaktXeber.com-un məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Bildirilir ki, RF Müdafiə Nazirliyinə gələn məlumata görə, aprelin 2-nə keçən gecə Qarabağ ərazisində vəziyyət gərginləşib. Qurumun məlumatına görə bu, ərazi daim RF MN-nin diqqət mərkəzinin fokusundadır.

«Bununla əlaqədar olaraq aprelin 2-də RF müdafiə naziri ordu generalı Serqey Şoyqu öz həmkarları – Azərbaycanın müdafiə naziri general polkovnik Zakir Həsənov və Ermənistanın müdafiə naziri Serqey Ohanyanla ilə münaqişə zonasında vəziyyətin sabitləşiəsi üçün təcili telefon danışıqları həyata keçirib» , - deyə məlumatda bildirilib.

Danışıqlar zamanı Dağlıq Qarabağ bölgəsində vəziyyətin gərginləşməsi müzakirə olunub.   

"Danışıqlar zamanı münaqişə zonasında vəziyyətin stabilləşdirilməsi istiqamətində atılacaq təxirəsalınmaz addımlar müzakirə olunub", - deyə Rusiyanın Müdafiə Nazirliyinin məlumatında deyilir.   

Məlumatda o da bildirilir ki, bu region daim Rusiya Müdafiə Nazirliyinin diqqət mərkəzindədir.