Qarabağda güclü qarşıdurmalar
https://azeri.sahartv.ir/news/azərbaycan-i213412-qarabağda_güclü_qarşıdurmalar
Məlumatlı mənbələr Azərbaycan Respublikası və Ermənistan hərbi qüvvələrinin Qarabağda güclü toqquşmaları və bölgədə atəşkəsin pozulmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 02, 2016 12:08 Asia/Baku
  • Qarabağda güclü qarşıdurmalar
    Qarabağda güclü qarşıdurmalar

Məlumatlı mənbələr Azərbaycan Respublikası və Ermənistan hərbi qüvvələrinin Qarabağda güclü toqquşmaları və bölgədə atəşkəsin pozulmasından xəbər veriblər.

Röytersin məlumatına görə, bu mənbələr bildiriblər ki, Ermənistan Hərbi Hava Qüvvələri bölgədə Azərbaycan Respublikasının bir hərbi helikopterini vurublar.

Azərbaycan Respublikası ordusu Ermənistanın bu iddiasını rədd edib.

Ermənistan Müdafiə Nazirliyi bir bəyanat yayaraq bildirib: Azərbaycan Respublikası qüvvələri tank və toplardan istifadə edərək atşkəsi pozublar və bu hücumun qarşısı alınıb.

Azərbaycan Respublikası və Ermənistan rəsmiləri qarşıdurmaların başlanmasında bir-birlərini suçlayırlar.