Türkiyə: Azərbaycana hərbi dəstək veririk
-
Türkiyə: Azərbaycana hərbi dəstək veririk
Azərbaycan Respublikası və Ermənistan arasında Qarabağda qarşıdurmalar və gərginliyin artması ardınca, Türkiyə müdafiə naziri bu ölkənin Azərbaycanı hərbi cəhətdən dəstəklədiyini bildirib.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə müdafiə naziri İsmət Yılmaz xatırladıb: Ankara Azərbaycan və Ermənistan arasında Qarabağda baş verən qarşıdurmalar zamanı rəsmi Bakını dəstəkləyir.
Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sözçüsü deyib: Müdafiə naziri Zakir Həsənov öz türkiyəli həmkarı ilə telefonla danışıb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmçinin Zakir Həsənovun Türkiyə Ordusu Baş Qərargah rəisi iliə telefonla danışdığını bildirib.
Digər tərəfdən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da azərbaycanlı həmkarı İlham Əliyevlə telefon söhbətində bu ölkə hərbçilərinin son qarşıdurmalarda həlak olması ilə bağlı başsağlığı verib.