Azərbaycanlı hərbi ekspert: Minsk Qrupunun tərəfdarlıq mövqeyi son qarşıdurmaların səbəbidir
https://azeri.sahartv.ir/news/azərbaycan-i213535-azərbaycanlı_hərbi_ekspert_minsk_qrupunun_tərəfdarlıq_mövqeyi_son_qarşıdurmaların_səbəbidir
Azərbaycan Respublikasında hərbi ekspert Üzeyir Cəfərli deyib: Azərbaycan və Ermənistan təmas xəttində son qarşıdurmalar çox narahatlığa səbəb olmuşdur. Hərçənd belə gərginlik ehtimal olunurdu. Lakin onun bu qədər tez baş verməsi müəyyən qədər təəccüb doğurur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 03, 2016 11:26 Asia/Baku
  • Azərbaycanlı hərbi ekspert: Minsk Qrupunun tərəfdarlıq mövqeyi son qarşıdurmaların səbəbidir
    Azərbaycanlı hərbi ekspert: Minsk Qrupunun tərəfdarlıq mövqeyi son qarşıdurmaların səbəbidir

Azərbaycan Respublikasında hərbi ekspert Üzeyir Cəfərli deyib: Azərbaycan və Ermənistan təmas xəttində son qarşıdurmalar çox narahatlığa səbəb olmuşdur. Hərçənd belə gərginlik ehtimal olunurdu. Lakin onun bu qədər tez baş verməsi müəyyən qədər təəccüb doğurur.

Cəfərli əlavə edib: Ermənilərin Azərbaycan sərhəd bölgələrinə təcavüzü və Tərtər rayonu kəndlərinin sakinlərini atəşə tutması bu gərginliyin alovlanmasına səbəb oldu. Belə ki, onlar Azərbaycan ordusunun güclü cavabı ilə qarşılaşdı və strateji və yaşayış bölgəsi olan Seysulanda bəzi işğal olunan ərazilərin ələ keçirilməsi ilə nəticələndi.

Üzeyir Cəfərli deyib: Xocavənd və Fizuli rayonlarında da strateji Lələtəpə təpələri də Azərbaycan ordusunun nəzarətinə keçdi. Azərbaycan ordusu bu toqquşmada yaxşı nailiyyət qazandı. Lakin təəssüflər olsun ki, bu qarşıdurmalarda bir neçə Azərbaycan əsgəri də vətənin müdafiəsi uğrunda həyatını itirdi.

Hərbi ekspertin sözlərinə görə, iki ölkə arasındakı son qarşıdurmada beynəlxalq dairələr, xüsusilə də vasitəçi Minsk qrupu təsirsiz olmayıblar. Onlar ötən 20 ildə bu münaqişənin həlli üçün diqqəti cəlb edəcək müsbət addım atmayıblar və əslində işğalçı üçün şərait yaradıblar.

Cəfərli deyib: Hazırkı vəziyyət davam edə bilməz və Azərbaycan prezidentin dəfələrlə bildirdiyi kimi, bütün potensiallarından istifadə edərək işğal olunmuş ərazilərini azad etmək niyyətindədir.