Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində iştirakı gərginliyə səbəb olur
https://azeri.sahartv.ir/news/azərbaycan-i213577-ermənistan_silahlı_qüvvələrinin_azərbaycan_ərazilərində_iştirakı_gərginliyə_səbəb_olur
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bir bəyanatda Ermənistan hərbçilərinin Azərbaycan Respublikasının ərazilərində qeyri-qanuni iştirakını regionda gərginliyin artması və davam etməsinin əsas səbəbi adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 03, 2016 15:40 Asia/Baku
  • Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində iştirakı gərginliyə səbəb olur
    Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində iştirakı gərginliyə səbəb olur

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bir bəyanatda Ermənistan hərbçilərinin Azərbaycan Respublikasının ərazilərində qeyri-qanuni iştirakını regionda gərginliyin artması və davam etməsinin əsas səbəbi adlandırıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında, Ermənistan ötən gün Qarabağda cəbhə xəttində yaşayış bölgələrinə hücumda ittiham olunub və bildirilib: Bu hücum nəticəsində bir neçə mülki vətəndaş həlak olub və bir neçə nəfər də yaralanıb. Bölgə vətəndaşlarının əmlakına ciddi şəkildə ziyan dəyib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi öz bəyanatında ön cəbhə xəttində hazırkı vəziyyəti gərgin adlandırıb və əlavə edib: Ermənistan hərbçiləri ağır artilleriya, o cümlədən topdan istifadə edərək Azərbaycan Respublikası ordusunun mövqelərinə hücumları davam etdirir.

Bu bəyanatda əlavə olunur: Ermənistan raket və toplardan istifadə edərək daha çox münaqişə ərazilərində öz hərbi qüdrətini gücləndirməyə çalışır və Ermənistan helikopterləri bu ölkə ilə Azərbaycan əraziləri arasında davamlı şəkildə uçuşlar edirlər.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi həmçinin Ermənistanı Azərbaycan ərazilərində öz hərbi qüdrətini gücləndirmək yolu ilə bu status-kvonu qorumaq, əhali quruluşunu dəyişmək, eləcə də bu ərazilərin fiziki və mədəni tikintisini qeyri-qanuni dəyişmək və qeyri-qanuni iqtisadi fəaliyyətdə suçlayıb.

Bəyanatda bildirilir: Ermənistan Qarabağ münaqişəsinin həlli müzakirələrini pozmaq üçün ATƏT-in Minsk Qrupunun layihələri və Rusiya xarici işlər naziri Sergey Lavrovun son layihəsini rədd edib və bu məsələ İrəvanın bu münaqişənin siyasi həlli üçün hazır olmadığını göstərir.

Bu bəyanatda Ermənistanın öz hərbçilərini Azərbaycanın ərazilərindən qeyd-şərtsiz çıxmalarına dair BMT Təhülkəsizlik Şurasının 4 qətnaməsinə toxunulur və bildirilir: Ermənistan heç vaxt arzuladığı siyasi nəticəyə çatmayacaq.