AŞPA prezidenti: “Ermənistan qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır”
Apr 04, 2016 06:57 Asia/Baku
-
AŞPA prezidenti: “Ermənistan qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır”
“Dağlıq Qarabağda zorakılıq halları və insanların ölümü ilə bağlı məlumatlar məni çox narahat edib və kədərləndirib”.
APA-nın məlumatına görə, bu barədə AŞPA prezidenti Pedro Aqramuntun bəyanatında deyilir.
Pedro Aqramunt tərəfləri atəşkəsə riayət və sülh danışıqlarını bərpa etməyə, həmçinin zorakılıqdan çəkinməyə çağırıb. AŞPA prezidenti həmçinin Azərbaycanın birtərəfli qaydada atəşin dayandırılması haqqında qərarını alqışlayıb.
"Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq qoşunlarını işğal altında olan Azərbaycan torpaqlarından çıxarmalıdır", bəyanatda deyilir.
Teqlər