Azərbaycan MN: Cəbhədə gedən döyüşlərdə Azərbaycan Ordusu daha 3 şəhid verib
-
Azərbaycan MN: Cəbhədə gedən döyüşlərdə Azərbaycan Ordusu daha 3 şəhid verib
Aprelin 3-dən başlayaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin cəbhə xəttində birtərəfli qaydada erməni qüvvələrə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırmasına baxmayaraq, Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni tərəfi itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən, Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində Azərbaycan Respublikasının mövqelərinə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutur. Ötən gün və gecə ərzində aparılan döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qalıblar.
Ermənistan qüvvələri ilə döyüşlərdə Azərbaycan Respublikası silahlı qüvvələrinin 3 hərbi qulluqçusu şəhid olub.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi erməni qüvvələrlə döyüşlərdə şəhid olan azəri hərbi qulluqçuların yaxınları və ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.