Bordyuja: “Dağlıq Qarabağ münaqişəsi siyasi yolla həlli edilməlidir”
https://azeri.sahartv.ir/news/azərbaycan-i213619-bordyuja_dağlıq_qarabağ_münaqişəsi_siyasi_yolla_həlli_edilməlidir
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının katibliyi təmas xəttində yaranan vəziyyəti diqqətli şəkildə izləyir”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 04, 2016 07:32 Asia/Baku
  • Bordyuja: “Dağlıq Qarabağ münaqişəsi siyasi yolla həlli edilməlidir”
    Bordyuja: “Dağlıq Qarabağ münaqişəsi siyasi yolla həlli edilməlidir”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının katibliyi təmas xəttində yaranan vəziyyəti diqqətli şəkildə izləyir”.

APA-nın “Sputnik” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja bildirib. “Quruma üzv dövlətlərin bununla bağlı mövqeyi dəfələrlə bəyan edilib: Atəş dayandırılmalı və Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir. Aydın olan bir məsələ var: Hamıya ancaq sülh lazımdır”, - deyə o, söyləyib.

Baş katib əlavə edib ki, bu münaqişə mövcud beynəlxalq mexanizmlər çərçivəsində ancaq siyasi yollarla həll edilməlidir.

Qeyd edək ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.