Azərbaycan Müdafiə Nazirliyi: "Ermənilərin işğal olunmuş ərazilərdəki komanda-qərargah məntəqəsi darmadağın edilib"
https://azeri.sahartv.ir/news/azərbaycan-i213634-azərbaycan_müdafiə_nazirliyi_ermənilərin_işğal_olunmuş_ərazilərdəki_komanda_qərargah_məntəqəsi_darmadağın_edilib
Azərbaycan Müdafiə Nazirliyi cəbhədə baş verənlərə dair növbəti məlumat yayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 04, 2016 08:33 Asia/Baku
  • Azərbaycan Müdafiə Nazirliyi:
    Azərbaycan Müdafiə Nazirliyi: "Ermənilərin işğal olunmuş ərazilərdəki komanda-qərargah məntəqəsi darmadağın edilib"

Azərbaycan Müdafiə Nazirliyi cəbhədə baş verənlərə dair növbəti məlumat yayıb.

APA-nın xəbərinə görə, açıqlamada bildirilir ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi dəqiq cavab atəşi ilə darmadağın edilib: "Düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib. Müdafiə Nazirliyi bildirir ki, həyata keçirilən əməliyyatla bağlı video görüntülər ictimaiyyətə təqdim olunacaq".