Azərbaycan Respublikası və Ermənistanın sərhəd məntəqələrində döyüşlər davam etməkdədir
https://azeri.sahartv.ir/news/azərbaycan-i213640-azərbaycan_respublikası_və_ermənistanın_sərhəd_məntəqələrində_döyüşlər_davam_etməkdədir
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat katibi deyib ki, bu respublikanın sərhəd məntəqələrində döyüşlər davam etməkdədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 04, 2016 09:20 Asia/Baku
  • Azərbaycan Respublikası və Ermənistanın sərhəd məntəqələrində döyüşlər davam etməkdədir
    Azərbaycan Respublikası və Ermənistanın sərhəd məntəqələrində döyüşlər davam etməkdədir

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat katibi deyib ki, bu respublikanın sərhəd məntəqələrində döyüşlər davam etməkdədir.

Vaqif Dərgahlı Səhər-in Bakıdakı müxbiri ilə müsahibədə əlavə edib: Ermənistan qüvvələri bizim tərəfdən birtərəfli şəkildə atəşkəsin elan olunmasına məhəl qoymadan ön cəbhədə öz hücumlarını davam etdirirlər.

O, habelə deyib: Erməni qüvvələr ağır silahlar və sərhəd məntəqələrində yerləşmiş qüvvələrlə bizim Ağdərə, Tərtər, Xocavənd və Füzuli rayonlarındakı mövqelərimizi hücuma məruz qoyaraq, ön cəbhəyə yaxın yaşayış massivlərini atəşə tuturlar ki, bu məsələ həmin məntəqə sakinləri üçün olduqca narahatedici olubdur.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat katibi ölkəsinin qüvvələrinin erməni qüvvələrin təcavüzlərinə olan reaksiyalarına toxunaraq, söyləyib: Bu hücumlara cavab olaraq, Azərbaycan Respublikası qüvvələri də dünən gecəki və bugünkü hücumları ilə çoxlu sayda erməni qüvvəsini məhv ediblər və bu döyüşlərdə bizim hərbi qüvvələrimizdən üç nəfər şəhid olubdur.