Tehran və Bakı informasiya texnologiyaları sahəsində həmkarlığın inkişafını vurğulayıblar
İranın Bakıdakı səfiri və Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri rabitə və informasiya texnologiyaları sahəsində ikitərəfli həmkarlıqların genişlənməsini vurğulayıblar.
İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pak Ayin Bakıda Azərbaycan Respublikasının yeni rabitə və informasiya texnologiyaları naziri Ramin Quluzadə ilə görüşdə deyib ki, Tehran daim Bakı ilə əlaqələrin inkişafı sahəsində əzmkardır.
Pak Ayin həmçinin ikitərəfli və regional əməkdaşlıqların genişləndirilməsi, özəl sektorlar arasında əlaqənin yaradılması, rabitə təhlükəsizliyinin inkişafı üçün birgə səy, həmçinin regional və beynəlxalq təşkilatlar çərçivəsində anlaşma və həmkarlıq, eləcə də radio və televiziya münasibətlərinin gücləndirilməsini vurğulayıb.
Azərbaycan Respublikasının yeni rabitə və informasiya texnologiyaları naziri Ramin Quluzadə də həmin görüşdə bu ölkənin prezidenti İlham Əliyevin İrana olmuş son səfərinə toxunaraq, deyib: Bu səfərdən sonra həmkarlıqların yeni dövrü başlanıb və səy edilir ki, iki ölkə arasındakı öncəki razılaşmalarda irəli sürülən məsələlər daha artıq ciddiliklə izlənilsin.
Azərbaycan Respublikasının prezidenti 2016-cı il fevralın 23-də yüksək səviyyəli siyasi və iqtisadi bir heyətlə Tehrana səfər etmişdi.