Rusiya: “Sergey Lavrov Bakıya səfərini təxirə salmayıb”
Apr 05, 2016 05:55 Asia/Baku
-
Rusiya: “Sergey Lavrov Bakıya səfərini təxirə salmayıb”
Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya səfərini təxirə salmayıb.
APA-nın məlumata görə, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, planlaşdırıldığı kimi Sergey Lavrov aprelin 7-də Bakıda Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin görüşündə iştirak edəcək: "Bakıda keçiriləcək üçtərəfli görüşdə nazirin iştirakı təxirə salınmayıb. Nazirlər görüşdə Dağlıq Qarabağdakı vəziyyəti və münaqişənin nizamlanması yollarını müzakirə edəcəklər”.
Teqlər