Ermənistan prezidenti: "Qarabağda tammiqyaslı müharibə başlaya bilər"
Apr 05, 2016 18:08 Asia/Baku
-
Serj Sәrkisiyan
"Qarabağda tammiqyaslı müharibə başlaya bilər". "Report" erməni mətbuatına istinadən xəbər verir ki, bunu ATƏT ölkələrinin səfirləri ilə keçirilən görüş zamanı Serj Sarqsyan bildirib.
Onun fikrincə, əgər bu baş verərsə, o zaman təkcə Cənubi Qafqaz ölkələrinə deyil, həmçinin Avropanın təhlükəsizliyinə də təsir edəcək.
"Döyüş əməliyyatlarının getdikcə şiddətlənməsi geniş miqyaslı müharibəyədək arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bunun təkcə Cənubi Qafqazın təhlükəsizlik və stabilliyi üçün deyil, həm də bütün Avropa regionu üçün nəticələri olacaq", - deyə Ermənistan prezidenti bildirib.
Teqlər