X.Xələfov: Ermənistan hərbi birləşmələri Azərbaycan torpağını tərk etməlidirlər
https://azeri.sahartv.ir/news/azərbaycan-i213904-x.xələfov_ermənistan_hərbi_birləşmələri_azərbaycan_torpağını_tərk_etməlidirlər
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini deyib: Ermənistan hərbi birləşmələri Azərbaycan Respublikasının ərazilərini tərk etməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 06, 2016 09:13 Asia/Baku
  • X.Xələfov: Ermənistan hərbi birləşmələri Azərbaycan torpağını tərk etməlidirlər
    X.Xələfov: Ermənistan hərbi birləşmələri Azərbaycan torpağını tərk etməlidirlər

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini deyib: Ermənistan hərbi birləşmələri Azərbaycan Respublikasının ərazilərini tərk etməlidir.

Bakıda Xəzər dənizinin hüquqi statusunun tənzimlənməsi üzrə xüsusi işçi qrupunun 44-cü iclasında çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan Ermənistan cəbhə xəttindəki son qarşıdurmalardan nigaranlıq edərək deyib: Azərbaycan Respublikası beynəlxalq dairələrdən Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə məcbur etmək üçün Ermənistana təzyiq göstərməsini istəyir.

azvision.az saytının məlumatına görə, Xələfov əlavə edib: Ermənistan hərbi birləşmələri Azərbaycan ərazisini tərk etməlidirlər və münaqişə Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Xələfovun sözlərinə görə, cəbhə xəttindəki qarşıdırmalarda bütün məsuliyyət Ermənistanın üzərinə düşür.