Azərbaycan prezidentinin Minsk Qrupu həmsədrləri ilə Qarabağ müzakirəsi
https://azeri.sahartv.ir/news/azərbaycan-i213922-azərbaycan_prezidentinin_minsk_qrupu_həmsədrləri_ilə_qarabağ_müzakirəsi
Azərbaycan Respublikasınınprezidenti İlham Əliyev aprelin 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov, Pyer Andryön və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiklə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 06, 2016 09:54 Asia/Baku
  • Azərbaycan prezidentinin Minsk Qrupu həmsədrləri ilə Qarabağ müzakirəsi
    Azərbaycan prezidentinin Minsk Qrupu həmsədrləri ilə Qarabağ müzakirəsi

Azərbaycan Respublikasınınprezidenti İlham Əliyev aprelin 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov, Pyer Andryön və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiklə görüşüb.

Görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı vəziyyət müzakirə olunub.

Həmsədrlər cəbhə xəttində atəşkəs razılaşmasının əldə olunmasını alqışlayıblar.

Onlar belə bir fikri diqqətə çatdırıblar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırda aparılan danışıqlar daha intensiv xarakter almalı və bu danışıqlar nəticəsində münaqişə tezliklə öz həllini tapmalıdır.