İran, Rusiya və Azərbaycan Respublikası xarici işlər nazirlərinin mətbuat bəyanatı
-
İran, Rusiya və Azərbaycan Respublikası xarici işlər nazirlərinin mətbuat bəyanatı
İran, Rusiya və Azərbaycan Respublikasının xarici işlər nazirləri Bakı üçtərəfli iclasının önəmi və onun ölkələrin regional və beynəlxalq məsələlər barədəki dialoqları və anlaşmalarının dərinləşməsindəki rolunu vurğulayıblar.
IRNA-nın məlumatına görə, cümə axşamı günü Bakıda İran, Azərbaycan Respublikası və Rusiyanın xarici işlər nazirləri Məhəmməd Cavad Zərif, Elmar Məmmədyarov və Sergey Lavrovun üçtərəfli iclasının sonunda yayılan bəyanatda tərəflər regionun sabitliyi və təhlükəsizliyinə qarşı yeni peyda olmuş təhdid və problemlər ilə mübarizənin şiddətləndirilməsinin önəminə, eləcə də beynəlxalq hüquqlar üzrə cahanşümul prinsiplərə və BMT əsasnaməsinə öz vəfadarlıqlarını vurğulayıblar.
Narkomaddələr qaçaqmalçılığı, transmilli mütəşəkkil cinayətlər, ekstremizm və terrorizmlə mübarizəyə hazırlığın elan olunması İran, Rusiya və Azərbaycan Respublikasının xarici işlər nazirlərinin Bakı üçtərəfli iclasının mətbuat bəyanatının digər maddələrindən olub.
İran, Rusiya və Azərbaycan Respublikasının xarici işlər nazirləri həmçinin iqtisadiyyat, enerji, nəqliyyat, infrastrukturlar, mədəniyyət, turizm, ticarət, həmçinin konsulluq və gömrük məsələləri sahələrində üçtərəfli əməkdaşlıqların genişləndirilməsi barədə razılığa gəliblər.
Bakı iclasının yekun bəyanatında bir sıra hallar, o cümlədən tez bir zamanda Xəzər dənizinin hüquqi statusu konvensiyasının yekunlaşdırılması, habelə bu dənizin sülh, dostluq və təhlükəsizlik dənizi kimi qorunması hədəfi ilə hərtərəfli səylərin davam etdirilməsi vacibliyi yerləşdirilibdir.
İran və Azərbaycan Respublikasının xarici işlər nazirləri Bakı iclasından öncə İranın şimalında yerləşən Ramsər şəhərində də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə üçtərəfli iclasda iki əməkdaşlıq sənədi imzalayıblar.