Bakı və Tehran nəqliyyat və tranzit əməkdaşlıqlarını genişləndirir
-
Bakı və Tehran nəqliyyat və tranzit əməkdaşlıqlarını genişləndirir
İran İslam Respublikası və Azərbaycan nəqliyyat sahəsindəki əməkdaşlıqlarını genişləndirirlər.
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın Dəmiryolları Şirkətinin icraçı direktoru Həsən Purseyid Ağayi cümə axşamı Bakıda görüşüb, iki ölkənin nəqliyyat sahəsi üzrə əməkdaşlıqlarının genişləndirilməsi yollarını araşdırıblar.
İRNA-nın verdiyi məlumata görə, bu görüşdə İran və Azərbaycanın dəmir yollarının birləşdirilməsi üzrə görülən işlər barədə fikir mübadiləsi aparılıb.
Şahin Mustafayev İran və Azərbaycan prezidentlərinin müxtəlif görüşlərdə ikitərəfli əlaqələrin genişləndirilməsinə təkid etdiklərini xatırladıb və deyib: İki qonşu ölkə arasındakı əlaqələr hal hazırda müxtəlif sahələr üzrə inkişaf etməkdədir.
Ş.Müstafayev həmçinin deyib: İran və Azərbaycan dəmir yollarının bir birinə birləşdirilməsi yeni tranzit fürsətlərinin yaranmasına səbəb olacaq.
İranın Dəmir Yolları Şirkətinin icraçı direktoru Möhsün Purseyid Ağayi də bu görüşdə iki ölkənin dəmir yollarının bir-birinə birləşdirilməsinin əhəmiyyətinə təkid edərək, bu məsələnin ticarət əlaqələrinin və yüklərin daşınmasının həcminin artacağına səbəb olacağını bildirib.