Təmas xəttində atəşkəs yenə pozuldu
https://azeri.sahartv.ir/news/azərbaycan-i214246-təmas_xəttində_atəşkəs_yenə_pozuldu
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri təmas xəttində atəşkəsin bir daha Ermənistan tərəfindən pozulduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 08, 2016 09:29 Asia/Baku
  • Təmas xəttində atəşkəs yenə pozuldu
    Təmas xəttində atəşkəs yenə pozuldu

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri təmas xəttində atəşkəsin bir daha Ermənistan tərəfindən pozulduğunu bildirib.

Vaqif Drgahlı bu barədə deyib: Ermənistan silahlı bölmələri ötən 24 saat ərzində təmas xəttinin müxtəlif hissələrində 60 mm-lik pulemyotlardan və ağır silahlardan istifadə edərək, ümumilikdə atəşkəsi 110 dəfə pozublar.

V.Dərgahlı əlavə edib: Azərbaycan Silahlı Qüvvələri buna cavab olaraq qarşı tərəfin mövqelərinə 114 dəfə atəş açıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri 6 aprel tarixində Ermənistan silahlı bölmələrinin Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvandakı mövqelərinə atəş açmasından və düşmənin cavab atəşi ilə susdurulmasından xəbər verib.

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı dünən bildirmişdi ki, Ermənistanın bir ədəd uçan pilotsuz aparatı Azərbaycan Silahlı Qüvvələri tərəfindən yerə endirilib.