Qarabağ üstündə Türkiyə və Rusiyanın hərbi qarşıdurması nigaranlığı
https://azeri.sahartv.ir/news/azərbaycan-i214483-qarabağ_üstündə_türkiyə_və_rusiyanın_hərbi_qarşıdurması_nigaranlığı
Bir amerikan analitik mərkəz yazıb: Azərbaycan Respublikası ilə Ermənistan arasında nəzarətdən çıxmış gərginlik regional döyüş qığılcımlarını elə meydana gətirə bilər ki, Rusiya və Türkiyə birbaşa surətdə ona daxil olsunlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 10, 2016 07:02 Asia/Baku
  • Qarabağ üsündə Türkiyə və Rusiyanın hərbi qarşıdurması nigaranlığı
    Qarabağ üsündə Türkiyə və Rusiyanın hərbi qarşıdurması nigaranlığı

Bir amerikan analitik mərkəz yazıb: Azərbaycan Respublikası ilə Ermənistan arasında nəzarətdən çıxmış gərginlik regional döyüş qığılcımlarını elə meydana gətirə bilər ki, Rusiya və Türkiyə birbaşa surətdə ona daxil olsunlar.

Fars xəbər agentliyinin məlumatına görə, "Vaşinqton" adlı amerikan analitik mərkəz Qarabağda Azərbaycan Respublikası ilə Ermənistan arasında sərhəd toqquşmalarının baş vetməsinə toxunaraq, yazıb: 1994-cü ildə tərəflər arasında elan olunmuş atəşkəsdən sonra iki tərəf arasında ən ağır atışma sayılan Azərbaycan Respublikası ilə Ermənistan arasındakı sərhəd toqquşmaları bu iki ölkə arasındakı sərhədlərin Rusiya və Türkiyə arasında partlayış nöqtəsinə çevrilməsi xətərini artırıbdır.

"Vaşinqton" adlı amerikan analitik mərkəz əlavə edib: Rusiya və Türkiyənin müxtəlif sərhədlərdəki geniş hərbi iştiraklarına rəğmən, bu iki ölkənin birbaşa döyüşə girməsi mümkünsüz görünür, bununla belə, Azərbaycan Respublikası ilə Ermənistanın vəziyyətləri kimi partlayış nöqtəsi Ankaranı birbaşa cavab hərəkətinə məcbur edə bilər və bu məsələ də Kreml üçün yetərincə atmosfer yaradır ki, Türkiyənin həssas mövqeyindən bəhrələnmiş olsun.

Türkiyə ötən ilin noyabrında özünün cənub sərhədləri yaxınlığında bir rus qırıcısını vurub yerə saldı və ikitərəfli əlaqələrin tənəzzülıünə bais oldu.