Azərbaycanlılar erməni cinayətinə dur dedilər
-
Azərbaycanlılar erməni cinayətinə dur dedilər
Amerikada yaşayan yüzlərlə azərbaycanlı bazar günü Nyu-Yorkda BMT-nin binası önündə piket keçirib.
Aksiya iştirakçıları Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin davam etməsinə etiraz ediblər.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Amerikada yaşayan bir qrup azərbaycanlı güclü təhlükəsizlik tədbirlərinə rəğmən Nyu-Yorkda, BMT-nin binası qarşısında aksiya keçirmək qərarına gəlib. Aksiyanın keçirilməsinə mane törətməyə çalışan bir qrup erməni təxribatçı isə təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə üzləşib.
Türkiyədə təhsil alan azərbaycanlı tələbələr də aksiya keçirərək, Ermənistanın işğalçılıq siyasətlərinə etiraz edib, vətənə və millətə sədaqətlərini bildiriblər.
İstanbulda keçirilən bu aksiyada iştirak edənlər "Qarabağ bizimdir" şüarı verərək, Ermənistan silahlı bölmələrinin təmas xəttində sivil əhalini hədəfə almasına etiraz ediblər.