Moqerini Qarabağ münaqişəsinin nə qədər təhlükəli olduğundan danışdı
https://azeri.sahartv.ir/news/azərbaycan-i215050-moqerini_qarabağ_münaqişəsinin_nə_qədər_təhlükəli_olduğundan_danışdı
Federika Moqerini: Dağlıq Qarabağda olan vəziyyət münaqişənin nə qədər təhlükəli ola biləcəyini göstərir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 14, 2016 09:42 Asia/Baku
  • Moqerini Qarabağ münaqişəsinin nə qədər təhlükəli olduğundan danışdı
    Moqerini Qarabağ münaqişəsinin nə qədər təhlükəli olduğundan danışdı

Federika Moqerini: Dağlıq Qarabağda olan vəziyyət münaqişənin nə qədər təhlükəli ola biləcəyini göstərir.

Trend-in məlumatına görə, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasında Qarabağ münaqişəsinin hazırkı durumundan danışıb.

“Ötən ay Ermənistan və Azərbaycana səfərim zamanı Dağlıq Qarabağda olan vəziyyət mənim diqqət mərkəzimdə olub. Sonuncu dəfə bu məsələ 2011-ci ildə plenar iclasda müzakirə olunub. İndi bu məsələni müzakirə etmək çox faydalı olacaq, çünki Dağlıq Qarabağda olan hadisələr uzanan münaqişənin nə qədər təhlükəli ola biləcəyini göstərir”, - deyə Moqerini bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı münaqişənin nizamlanması üçün səylərini artıracaq:

“Bu münaqişə regional təhlükəsizlik üçün təhlükə yaratmağa davam edir, hər iki ölkənin və bütün regionun inkişafı üçün maneədir. Cənubi Qafqaz Avropa İttifaqı üçün vacib bir regiondur, çünki o, Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində yerləşir”.