Azərbaycan Respublikasından Ermənistana ittiham
-
Azərbaycan Respublikasından Ermənistana ittiham
Azərbaycan Respublikasının müdafiə naziri Ermənistanı xarici muzdurları işə götürməkdə ittiham edib.
Azərnyus-un məlumatına görə, Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov deyib: Ermənistan xarici muzdurları işə götürmək və mütəşəkkil terror qrupları ilə həmkarlıq etməklə onları Qarabağda yerləşdiribdir.
Azərbaycan Respublikasının müdafiə naziri Ermənistanı terrorçularla birbaşa həmkarlıqda ittiham edərək, bildirib ki, bu həmkarlıq İrəvanın siyasətinə çevrilibdir.
Zakir Həsənov Ermənistanın terror qrupları ilə həmkarlığı haqda beynəlxalq təşkilatların təhqiqat aparmalarını istəyib və belə deyib: İrəvanın hücum siyasətinə görə, Qarabağ məntəqəsi 20 ildən çoxdur ki, bu ölkənin işğalı altındadır və onun nəticəsində Azərbaycan Respublikası vətəndaşlarından bir milyon nəfər öz ev-eşiyindən didərgin düşübdür.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bildirib: Cümə axşamı və cümə günləri Ermənistan qüvvələri 110 dəfə atəşkəsi pozub və Qazax, Füzuli, Tərtər, Tovuz, Cəbrayıl, Xocavənd rayonlarının kəndlərinə və hərbi qüvvələrin sərhəd məntəqələrindəki yüksəkliklərdə yerləşən mövqelərinə atəş açıblar.
Qarabağ məntəqəsində Azərbaycan Respublikası ilə Ermənistan arasında atəşkəs razılaşmasının olmasına rəğmən, iki tərəf bir-birinin mövqelərini hədəfə almaqda davam edir.