Azərbaycanda islamçılar ziyarət məkanlarının dağıdılmasına reaksiya veriblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i215506-azərbaycanda_islamçılar_ziyarət_məkanlarının_dağıdılmasına_reaksiya_veriblər
Azərbaycan Respublikasında islamçılar Rusiya ilə sərhəd rayon Xaçmazın Yalama qəsəbəsində iki ziyarətgahın yandırılmasına etiraz ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 18, 2016 08:05 Asia/Baku
  • Azərbaycanda islamçılar ziyarət məkanlarının dağıdılmasına reaksiya veriblər
    Azərbaycanda islamçılar ziyarət məkanlarının dağıdılmasına reaksiya veriblər

Azərbaycan Respublikasında islamçılar Rusiya ilə sərhəd rayon Xaçmazın Yalama qəsəbəsində iki ziyarətgahın yandırılmasına etiraz ediblər.

Faktxəbər internet portalının məlumatına görə, bir qrup islamçı Yalama qəsəbəsində Xanoba və Molla Əhməd ziyarətgahının yandırılmasını pisləyib və bu hadisəni törədənlərin həbs olunmasını istəyiblər.

Qeyd edək ki, Yalama qəsəbəsində iki ziyarətgah və dini alimin məqbərəsi yandırılıb. Bu da bölgə sakinləri və islamçıların etirazına səbəb olub.

Ehtimal üzrə bu hadisəni İŞİD təkfirçi qruplaşmasının ünsürləri və vəhhabilər törədə bilər.